"Metroda şəhidlərin anım mərasimi keçiriləcək" - RTV

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq iş rejimini dəyişir.

20 Yanvar stansiyasında, həmçinin Şəhidlər Xiyabanına yaxın ərazidə yerləşən Elmlər Akademiyası və İçəri Şəhər stansiyalarında xüsusi nəzarət mexanizmi həyata keçiriləcəkdir. Qeyri-iş gününün olmasına baxmayaraq qatarlar xüsusi qrafiklə hərəkət edəcəkdir. Buraxılacaq ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaqdır.

Hadisələrin mərkəzində yerləşən 20 Yanvar stansiyası da anım gününə uyğun olaraq xüsusi tərtibatda hazırlanılacaqdır. Stansiyanın vestibül və platformasında qərənfillərdən ibarət kompozisiyalar qurulacaqdır. Həmçinin metropoliten rəhbərliyinin iştirakı ilə şəhidlərin anım mərasimi həyata keçiriləcəkdir. Saat 12:00-da bütün stansiyalarda qatarlar dayandırılacaq, bir dəqiqəlik sükut anı elan olunacaqdır. Qatarlar da fit səsləndiriləcək.