İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub.
Belə ki, İqtisadiyyat Nazirliyinin xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin edilib. Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zöhrab Şakiroğlu Qədirov bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Zöhrab Qədirov bu təyinata qədər Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktorunun müavini vəzifəsində çalışıb.