Milli Məclisin ötən gün keçirilən iclasında toxumçuluq sahəsində fəaliyyət göstərən şəxslərin və toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşdirilib.
Yeni qanun layihəsinə əsasən, toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə 50 manat, toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların dublikatının verilməsinə görə isə 10 manat dövlət rüsumu müəyyən olunacaq. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.