Milli Məclisin sədri Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Bu barədə Parlamentin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin ikinci hissəsinə əsasən çağırılır.