Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana dəvət edib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
RTV-nin xəbərinə görə, Alen Simonyan jurnalistlərə açıqlamasında Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
"Uyğun səbəb və rəsmi dəvət olacağı təqdirdə Azərbaycanda səfər etməyə hazıram."
Simonyan əlavə edib ki, belə bir dəvət olarsa, Bakıya getməkdən çəkinməyəcək.