Azərbaycan Respublikası Prezidenti İlham Əliyev moped sürücüləri ilə bağlı qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Bu qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilməsi və müvafiq sürücülük vəsiqəsinin əsasında idarə olunması müəyyən edilib.
Bu dəyişikliklər çərçivəsində mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün imtahanların qəbuluna, dövlət qeydiyyat nişanlarının verilməsinə, həmçinin mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyat nişanlarının verilməsinə, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün imtahanların qəbuluna, dövlət qeydiyyat nişanlarının verilməsinə və dövlət qeydiyyatından keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarsısında mülki məsuliyyətin icbari sığortasının nəzərdə tutulması tələb olunur.
Qeyd edək ki, moped kiçik elektrik mühərrikli nəqliyyat vasitələri istisna olmaqla, işçi həcmi 50 kub santimetrdən çox olmayan mühərriki olan və ya maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.