ABŞ prezidenti Donald Tramp, İranla bağlı suallara cavab verərkən, müharibənin nə vaxt bitəcəyi barədə konkret vaxt açıqlamaqdan imtina edib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, ABŞ-ın İranın hərbi imkanlarına ciddi zərbə vurduğunu, lakin qarşıdurmanın hələ bir müddət davam edə biləcəyini bildirib.
O əlavə edib: "Biz etməli olduğumuzu edirik. Onların imkanlarını əhəmiyyətli dərəcədə azaltdıq. Amma onlar bir müddət döyüşəcəklər."