Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə rəis təyinatı həyata keçirilib. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Asif Hüseynov təyin edilib.
Məlumat üçün bildirək ki, Asif Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Tovuz rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2022-ci ildən etibarən böyük icra məmuru vəzifəsində işləyib.
Hüseynov 2025-ci ildə isə Şəmkir şəhər İcra və Probasiya şöbəsində böyük icra məmuru təyin edilib.