Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə baş çəkib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yenidən tanış olub. General-polkovnik Kəmaləddin Heydərov aidiyyəti üzrə tapşırıqlar verib.