Əmək və əhalinin sosial müdafiəsi nazirinin tabeliyindəki sosial xidmətlər agentliyində yeni təyinat olub.
Bu təyinatla bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Qurbanov oğlu Məmmədov sosial xidmətlər agentliyinin idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Vüqar Məmmədov bu təyinata qədər dövlət tibbi sosial ekspertiza və reabilitasiya agentliyinin idarə heyətinin sədrinin müavini vəzifəsində çalışıb.