Nazir yeni qərar imzaladı - RTV

Energetika Nazirliyinin kollegiyası Enerji Effektivliyi Fondunun vəsait hesabına maliyyələşdirilən layihələrə dair tələbləri təsdiqləyib. Həmçinin Enerji Effektivliyi Fondunun vəsait hesabına pilot layihələrin maliyyələşdirilməsi, subsidiya və qrant alınması üçün ərizə forması və Enerji Effektivliyi Fondunun vəsait hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması da təsdiqlənib.

Bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb. Nazirliyin hüquq şöbəsinə bu qərarın üç gün müddətində hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.