Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya istiqamətində işlər davam etdirilir. Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə hər iki tərəfdən müvafiq komissiyalar yaradılıb və proses mütəmadı şəkildə davam etdirilir.
Nazirin sözlərinə görə, aparılan işin müsbət nəticələri olub və 13 kilometrə yaxın dövlət sərhəd xətti demarkasiya edilib.
Xatırladaq ki, Azərbaycanın Ermənistan ərazisində daxildə yerləşən 4 eksklav kəndi mövcuddur: Sofulu, Barxudarlı, Kərki və Naxçıvan Muxtar Respublikasına aid olan Aşağı Əskipara kəndləri.