Nikol Paşinyan Azərbaycana gəlmək istəyir - RTV

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib. Hökumət rəhbəri bu ehtimal olunan səfəri Avropa Siyasi Birliyinin gələcək samitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir ki, Ermənistanda təşkil olunan tədbirdə məsafədən də olsa iştirak edib.

İrəvan şəhərində baş tutan 8-ci ASB samitinin açılış mərasimində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan deyib:

"Ümidvaram ki, 2028-ci ilə təsadüf edəcək 10-cu ASB samiti çərçivəsində mənim də Azərbaycana səfər etmək şansım yaranacaq."
XÜLASƏ