Novruz Məmmədov ADU-dakı işindən çıxdı - RTV

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, Prezident Administrasiyasında beş il Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin iyirmi il Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri, bir müddət isə Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. O, Azərbaycan Dillər Universitetindəki fəaliyyətinə son verib.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Mətbuat xidməti qeyd edib:

"Sağlamlığında problem olmasa da, Novruz Məmmədov öz ərizəsi ilə işdən çıxıb."

Novruz Məmmədovun indiyədək yeddi kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu yeddi nəşr, üç tərcümə əsəri çap olunub. Keçmiş məmur həmçinin elmi, ictimai və siyasi mövzularda