Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü - RTV

Ermənistan Baş Prokurorluğunun tələbi ilə Göyçə gölünün sahilində keçmiş müdafiə naziri Seyran Ohanyana və digər yüksək vəzifəli şəxslərə, onların qohumlarına məxsus evlər, kotteclər və digər tikililər sökülüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş polis rəisi Vladimir Qasparyanın evlərinin, həmçinin Ermənistan Respublikası Partiyasının sədri Samvel Nikonyanın qardaşı Armen Ohanyanın və Geqarkunik vilayətinin keçmiş qubernatoru Rafiq Qriqoryanın oğlu Mher Qriqoryanın əmlakları sökülüb.