Orban uduzdu, müxalifət liderini təbrik etdi - RTV

Macarıstanın Baş naziri Viktor Orban müxalif Tisza Partiyasının lideri Peter Maqyar'ı seçkilərdə qələbə münasibətilə təbrik edib.

Bu barədə müxalifət lideri Peter Maqyar özünün X hesabında yazıb. O bildirib ki, Viktor Orban ona telefonla zəng edərək partiyasının qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, ötən gün Macarıstanda parlament seçkiləri üçün səsvermə keçirilmişdi. Səsvermələrin nəticələrinə əsasən, 16 ildir hakimiyyətdə olan Viktor Orban hökuməti yenisi ilə əvəzlənib.