Ermənistanın Baş naziri Nikol Paşinyan, parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Azərbaycan və Türkiyəyə sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına çağırış edib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır.
Paşinyanın sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir.
Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.