Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. O, səfər səbəbindən martın 4-də parlamentdə illik hesabatının təqdimatını təxirə saldığını qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə Gürcüstanda ötən ilin oktyabrında beşinci Tbilisi İpək Yolu Forumunda iştirak məqsədilə işgüzar səfərdə olub.