Ermənistanın Baş Naziri Nikol Paşinyan Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı referendum keçirməyin hazırda məntiqsiz olduğunu bildirib.
Paşinyan qeyd edib ki, İrəvan bu iki təşkilat arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək. O, referendumun nə vaxt keçiriləcəyinin də vacib suallardan olduğunu vurğulayıb.
Ermənistanın Baş Naziri mövqeyini belə izah edib:
"Ən azından Ermənistan rəsmi olaraq Avropa Birliyinə üzvlük üçün müraciət edənə və ya üzvlüyə namizəd statusu almağa yaxın olana qədər hər hansı referendum keçirmək məntiqsizdir. Bu gün bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq o qədər də düzgün deyil."
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Ermənistanda Avropa İqtisadi İttifaqı və Avropa Birliyi arasında seçim etmək üçün referendum keçirilməli olduğunu dilə gətirmişdi.