Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb. Hadisə Quçak aparan avtomobil yolunda baş verib.
Məlumata görə, Honda markalı avtobus Nissan mini avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib, daha 12 nəfər isə yaralanıb.