Paşinyanın partiyası seçkilərdə qalib gəldi - RTV

Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın partiyası qələbə qazanıb. Bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Saat 08:00-a olan məlumata görə, 2057 seçki məntəqəsindən 1878-nin nəticələri artıq məlumdur. Ölkənin hakim və Vətəndaş Müqaviləsi partiyası səslərin 50,25%-ni toplayaraq liderdir. Güclü Ermənistan bloku 23,31%, Çiçəklənən Ermənistan partiyası isə 4,22% səs toplayıb. Digər partiyalar isə hələlik 4%-lik baryeri keçə bilməyib.

Seçkilərdə 1 milyon 224 min 957 nəfər səs verib. Səslərin 23,31%-ni "Güclü Ermənistan" bloku, 4,22%-ni isə "Çiçəklənən Ermənistan" partiyası qazanıb.

Ümumilikdə seçkilərdə 16 partiya və 2 blok iştirak edib.