Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ - RTV

Bu gündən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65-ə çataraq kişilərin pensiya yaşı ilə bərabərləşib. Bu dəyişiklik kişilər üçün 2021-ci il iyulun 30-da başa çatıb.

Qeyd olunur ki, əmək pensiyası haqqında qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası isə bu məbləğə uyğun olaraq təyin edilir.