Prezident ailəsi ilə sərgidə - RTV

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində bir sıra sərgilərlə tanış olublar.

Dövlət başçısı və ailə üzvləri 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "CaspianAgro" və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, "InterFood Azərbaycan" adlı tədbirlərdə iştirak ediblər.

Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.