Prezident Bərzani ilə görüşdü - RTV

Azərbaycan prezidenti İlham Əliyev fevral ayının 17-si Münhendə İraq Kürdüstan regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq bütün bunların əməkdaşlığın perspektivlərini müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.

Azərbaycan prezidenti və İraq Kürdüstan regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Dövlət başçısı İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.