Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatının dövlət tənzimlənməsi və aqrar sahədə lisenziya fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərman dekabrın 18-də qəbul olunub.
Fərmana əsasən, Azərbaycanın balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə güzəştli kredit ala biləcəklər. Bunun üçün agentliyin vəsaitindən istifadə edilən texnika və texnologiya, həmçinin akvakultura sahəsində istifadə olunan texnika və avadanlıqlar, o cümlədən damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.