Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində olan bir sıra qurumlarda islahatlar aparılacaq.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Mənzil Kommunal Tikinti Müəssisələri İdarəsinin, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Bakı şəhər kommunal layihə institutunun ləğv edilməsi nəzərdə tutulur.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıl Teatrın, Bakı konsert kompleksinin və Bakı şəhər bələdiyyə teatrının bütün əmlakları ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi təmin ediləcək.