Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi (publik hüquqi şəxslər)
- Dövlət Geoloji İnformasiya Fondunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi (publik hüquqi şəxs)
- Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və Aqrar Tədqiqatlar Mərkəzi (publik hüquqi şəxs) əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu (publik hüquqi şəxslər) əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu