Prezident fərman imzaladı - RTV

Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının kiçik və orta biznesin inkişafı Agentliyi (publik hüquqi şəxs) və Azərbaycan Respublikası investisiyaların və ixracın təşviqi Agentliyi "Azpromo" (publik hüquqi şəxs) əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi Agentliyi yaradılır.

Müəyyən edilir ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarını və sahibkarları bu sahədə xidmətlərinə əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin sayı həddi cəmi 370 ştat vahidi, o cümlədən onun aparatının işçilərinin sayı həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin sayı həddi isə 79 ştat vahidi müəyyən edilir.