Prezident fərman imzaladı - RTV

Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə yeni məzmunlu yarımbənd əlavə edilməsi ilə bağlı fərman imzalayıb.

Fərman Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə dəyişiklik edilib.

Belə ki, 3.1.16.3-cü yarımbəndə əsasən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanuna uyğun olaraq qoruqların ərazilərində mina təmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda onların yerləşdiyi ərazidə mina təmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.