Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2026-cı il iyunun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyunun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsinə uyğun olaraq, xidmət müddətini tamamlamış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həmin tarixlərdə ehtiyata buraxılacaqlar.