Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə getdi - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib. Prezidenti səfərdə birinci xanım Mehriban Əliyeva müşayiət edir.

Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Baçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.