Prezident sərəncam imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasına aid torpaq sahəsinin təxminən 1453 hektarlıq hissəsi İqtisadiyyat Nazirliyinin yer quruluşu planına uyğun olaraq, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun daimi, əvəzsiz istifadə hüququna verilib.

İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu sərəncamdan irəli gələn məsələlərin icrasını təmin etməlidir.