Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Baxış Abutalıb oğlu Babayev ikinci dərəcəli Əmək ordeni ilə təltif edilib.
Babayev Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.