Prezident İlham Əliyev Asəf Hacıoğlu Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu yüksək mükafata layiq görülüb.
Qeyd edək ki, bu gün tanınmış alim və ictimai xadimin 75 yaşı tamam olur.
O, Azərbaycan Milli Məclisinin birinci, ikinci və üçüncü çağırış deputatı kimi uzunmüddətli parlament fəaliyyəti göstərib.
Görkəmli alim hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi vəzifəsini icra edir.