Prezident sərəncam imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mini-futbol federasiyasına maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı ildə mini-futbol üzrə Avropa çempionatının keçirilməsilə əlaqədar Azərbaycanın 2026-cı ilin dövlət büdcəsindən Azərbaycan mini-futbol federasiyasına 1 milyon manat məbləğində maliyyə yardımı ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirməli və Nazirlər Kabinetinə məlumat verməlidir.