Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.
Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-adək olan Azərbaycan silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-nadək ehtiyata buraxılacaqlar.