Prezident sərəncamlar imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Agentliyinin İdarə Heyətinin sədri və üzvlərinin vəzifələrinə təyinatla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Tural Mayılov Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə, Kamran Əzizov isə İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.