Prezident TDT iştirakçıları ilə görüşdü - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Adılbek Kasımalıyevi, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataquliyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstəli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər.