“Prezident Tramp sülhsevər insandır” - RTV

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı bildirib ki, Prezident Tramp sülhsevər insandır.

Dövlət başçısı qeyd edib ki, Trampın yanaşması fərqli idi və o, sülhü gətirə biləcək insandır. Prezident İlham Əliyev bu sözləri Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

Onun sözlərinə görə, Prezident Trampın sülhsevər insan olması, onun dünyaya baxışı və siyasəti ilə bağlıdır. Azərbaycan və Ermənistan danışıqlarının yekun mərhələsində Prezident Tramp və onun komandasının yaratdığı çərçivə sülhün mümkün olmasına şərait yaradıb.