Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pellegrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib.
Peter Pellegrini bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, "RTV Rekord" telekanalının müxbirinə bildirib ki, səfər çərçivəsində növbəti proqramda Prezident İlham Əliyevlə birgə avtomobilə əyləşərək, idarəetməni özü götürüb. Bu, qeyri-adi hal olub.
Slovakiya Prezidenti bu jestdən çox məmnun qaldığını qeyd edib. O, bunun iki ölkə arasındakı münasibətlərin istiliyini, xalqlar arasındakı dostluğu, qarşılıqlı etibarı və hörməti əks etdirdiyini vurğulayıb.
"Mənə bu yaddaqalan qonaqpərvərlik jesti üçün Prezident Əliyevə təşəkkür edirəm."