Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi baş verib.
RTV İqtisadiyyat.az-ın məlumatına görə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu barədə müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad edilib.
Digər əmrlə onun yerinə indiyədək Risklərin Qiymətləndirilməsi və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin olunub.
Xatırladaq ki, bu ayın əvvəlində Elnur Qasımov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin edilmişdi. Həmçinin, İlham Məlikov da bu ayın əvvəlində filiala müdir müavini vəzifəsinə təyin olunmuşdu.