Ramiz Mehdiyev barəsində qərar verildi - RTV

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.

Səbail rayon məhkəməsi bu barədə qərar qəbul edib. Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş vəsatəti təmin edib.

Qərara əsasən, Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbiri daha dörd ay uzadılıb.

Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.