Rəsmilər Şəhidlər xiyabanında - RTV

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Gafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Rəsmilər Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə güllər düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.