Ukrayna ordusu pilotsuz uçuş aparatı (dron) vasitəsilə Rusiya ərazisinə hücum edib. Hücum Rusiya Federasiyasının Moskva vilayətini hədəf alıb. Bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində Elktronstal və Noginsk şəhərlərində 26 nəfər yaralanıb. Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.