Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin - RTV

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistan xalqını bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanla onun əsas rəqibi Samvel Karapetyanın Rusiyayla əlaqəli layihəsi arasında seçim etməyə çağırıb.

Saakaşvili iddia edib ki, Ermənistan Nikol Paşinyanın rəhbərliyi altında Rusiya boyunduruğundan azad olaraq sürətlə ABŞ və Avropaya yaxınlaşır.

Saakaşvili vurğulayıb ki, ermənilər Paşinyanla, Karapetyanla və ya başqa birisiylə seçim etmirlər. Onlar keçmişlə gələcək, köləliklə azadlıq, səfalətlə rifah, müharibə ilə sülh arasında seçim edirlər.