Sabiq başçının həbs müddəti uzadıldı - RTV

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qəti imkan tədbiri üç ay müddətinə uzadılıb. Bu barədə Səbail rayon məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 311.3.2 maddələri ilə ittiham olunur.