Sabiq millət vəkili, tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə dünyasını dəyişib. O, ötən gün İstanbulda vəfat edib.
Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılmışdı. Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.
Qeyd edək ki, Cahangir Hüseyn Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.