“Seçkilərdən sonra Köçəryan həbs olunmalıdır” - RTV

Ermənistanın paytaxtı İrəvandakı Respublika meydanında "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı kampaniyasının yekun mitinqi keçirilib.

Mitinqdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan xalqın dövlətin sahibi olduğunu bildirib və seçiciləri partiyanı dəstəkləməyə çağırıb.

Paşinyan mövcud qüvvələri sərt tənqid edərək, seçkilərdən sonra Robert Köçəryanın 1 mart hadisələri ilə bağlı məsuliyyətə cəlb olunmalı olduğunu deyib.

Baş nazir ölkədə müstəqil məhkəmə sisteminin qurulmasının vacibliyini vurğulayıb və bunun qarşısındakı maneələrdən birinin mövcud konstitusiya olduğunu bildirib.

Onun sözlərinə görə, problemlərin həlli üçün seçkilərdən sonra yeni konstitusiya qəbul edilməlidir.

Baş nazir həmçinin seçki saxtakarlığı və rüşvətxallara qarşı sərt tədbirlər görüləcəyini qeyd edib.

Partiyanın məlumatına görə, mitinqdə 32 mindən çox insan iştirak edib.