Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi əməkdaşları cəzalandırılıb. Xidmətdə 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Dövlət Xidmətinin açıqlamasına görə, bu məlumatlar 2026-cı ilin birinci rübünü əks etdirən statistik hesabatlarda göstərilib. Bildirilir ki, əməkdaşların qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları araşdırılıb.
Nəticədə, onlardan 17-si rəhbər heyəti olmaqla, ümumilikdə 27 əməkdaş intizam tənbehi və təşkilati-ştat tədbirləri ilə cəzalandırılıb. Həmçinin, bir əməkdaş mənfəət əsaslarla ehtiyata buraxılıb. Ümumilikdə, 16 fakt üzrə 34 nəfər barəsində materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.