Milli Məclis Azərbaycan və Belarus arasında yeni bir sazişi ratifikasiya edib. Bu gün keçirilən parlament iclasında Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.